İSTEHSALAT VƏ XİDMƏTLƏRİMİZ

Tarsa Havalandırma & İqlimləndirmə

İstehsal

Biz hava kanallarını 2200 m² -lik zavodumuzdakı yüksək keyfiyyətdə cihazlarımızla DX51-DX52 sinklənmiş paslanmaz polad və ya aliminum lövhə ilə və yüksək müqavimətli, sızdırmayan xüsusiyyətli birləşdirici konstruksiya və kənar parçaları ilə emal edirik. Cihazlarımız , kvadrat kanal , kənar kanal bağlama (kənət)  , plazma kəsim , dirsək  , spiral boru , tel tikiş , conta kilitləmə ,  rulo daşıyıcılar, avtomatik silindir, flanş kəsmə cihazı, dəyirmi silindir, tel tikiş cihazı , punta qaynaq cihazı , kilit cihazı (detallar üçün) , iz cihazı, kilit əzmə cihazı, flanş istehsalı cihazı, qollu guillotin kəsmə cihazı, Vint quruduculu kompressordan ibarətdir.

Havalandırma kanallarımız: Yüksək keyfiyyətli Türkiyə istehsalı sinklənmiş polad lövhələrdən hazırlanır . Kanallar və detallar ikili möhürləmə sistemi ilə istehsal olunduğu üçün sızıntı və enerji itkisi minimuma enir.

Həmçinin zavodumuzda estetik görünüşlü boyalı spiro və kvadrat kanallar istehsal olunur. Hər parçanın və kanalın estetik dizaynı, kanal sistemlərinin modern binalarda dekorun bir parçası kimi istifadə olunmasını təmin edir.

Spiro kanallar standart diametrlərdədə ( mm) : 100-125-150-160-180-200-224-250-280-300-315-355-400-450-500- 560-600-630-710-800-900-1000-1120-1200 və istənilən ölçüdə istehsal oluna bilir.

Havalandırma kanalı növlərimiz isə flanşlı prizmatik hava kanalları, dörtkünc hava kanalı, dairəvi havalandırma kanalı, slindir hava kanalı, dairəvari kəsikli hava kanallarından ibarətdir.

Xidmətlərimiz

Təklif etdiyimiz xidmətlər içərisində , İsitmə Ventiliasiya və Kondisionerləşdirmə sistemlərinin normativ qaydalar əsasında hesabat aparılması uyğun mühəndisi həllərlə layihələndirilməsi və AHU , Çiller , FCU , VRF və s. HVAC sistemlərinin tikinti quraşdırma işlərinin tətbiq olunması mövcuddur.

Havalandırma kanalları : Ventilyasiya kanalları hava daşıyan binalar üçün çox vacib alətlərdir. Havalandırma sistemlərinin əsas elementləri olan ventilyasiya kanalları və onların izolyasiyasını da istehsal edirik və bütün bu kanal birləşmələrini istehsal edən yüksək səviyyəli fabrikimiz var.

Havalandırma Sistemləri: TAR SA HVAC olaraq ilk növbədə ventilyatorların, aspiratorların və digər sistemlərin tətbiqi ilə həyat rahatlığını artırmaq, digər tərəfdən qənaətcil və istismar xərclərini azaltmaq məqsədi daşıyırıq. Biz müxtəlif sahələr üçün xüsusi aspiratorlar və ventilyatorlar istehsal edirik.

Baca Sistemləri: Təmiz havanın ətraf mühitə daxil olması və ya ətrafdakı təmiz havanın qorunması üçün çirklənmiş havanın xaricə ötürülməsinə kömək edən sistemlərə baca sistemləri deyilir. Buna görə də baca sistemləri, keyfiyyətli materiallardan və sistemli hissələrdən bir araya gəlməsi son dərəcə vacibdir.

HVAC Layiələndirmə və tikinti: Təklif etdiyimiz xidmətlər içərisində , İsitmə Ventiliasiya və Kondisionerləşdirmə sistemlərinin normativ qaydalar əsasında hesabat aparılması və uyğun mühəndisi həllərlə layihələndirilməsi daxildir. Bununla yanaşı AHU , Çiller , FCU , VRF və s. HVAC sistemlərinin tikinti quraşdırma işlərinin tətbiq olunması tərəfimizdən yerinə yetirilir.

Yeraltı avtodayanacaq : Havalandırma sistemləri sığınacaqlar, yeraltı avtodayanacaqlar və zirzəmilər kimi qapalı yerlərdə ən mühüm həyati funksiyanı daşıyan sistemlərdir. Strukturunuza uyğun sistemlər dizayn edilərək komandamız tərəfindən tətbiq olunur